...

Türkiyə prezidenti ABŞ-a yola düşəcək

Dünya xəbərləri Materials 24 May 2014 01:12 (UTC +04:00)
Türkiyə prezidenti Abdullah Gül, oğlu Mehmet Əmrə Gül oxuduğu Harvard universitetində diplomların təqdimetmə mərasimində iştirak etmək üçün mayın 28-də, çərşənbə günü ABŞ-ın Boston şəhərinə yola düşəcək.
Türkiyə prezidenti ABŞ-a yola düşəcək

Azərbaycan, Bakı, 24 may /Trend/

Türkiyə prezidenti Abdullah Gül, oğlu Mehmet Əmrə Gül oxuduğu Harvard universitetində diplomların təqdimetmə mərasimində iştirak etmək üçün mayın 28-də, çərşənbə günü ABŞ-ın Boston şəhərinə yola düşəcək.Trend TRT telekanalının saytına istinadən bu barədə xəbər verir.

Dövlət başçısının mənbələrindən verilən məlumata görə, prezident Abdullah Gül öz xanımı Xayrünnisə Gül və oğlu Mehmet Əmrə Gül ilə birlikdə Harvard universitetinin diplomlarının təqdimetmə mərasimində iştirak edəcək.

Prezident Gül həmçinin Türkiyə ətrafında və regionda hadisələrin inkişafı barədə universitetin tələbələrinə mühazirə oxuyacaq.

Prezident Gül səfəri çərçivəsində ABŞ-ın aparıcı şirkətlərinin rəhbərlərini qəbul edəcək və Bostondan olan türk alimləri ilə görüş keçirəcək.

Gül mayın 31-də Türkiyəyə qayıdacaq.

Xəbər lenti

Xəbər lenti