...

ABŞ Ukraynaya ağır silahların satışından imtina edib

Dünya xəbərləri Materials 19 Sentyabr 2014 11:59 (UTC +04:00)
ABŞ Prezidenti Barak Obama Ukrayna dövlətinin başçısı Petro Poroşenkoya döyüş silahları və ağır hərbi texnika satmaqdan imtina edib.
ABŞ Ukraynaya ağır silahların satışından imtina edib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

ABŞ Prezidenti Barak Obama Ukrayna dövlətinin başçısı Petro Poroşenkoya döyüş silahları və ağır hərbi texnika satmaqdan imtina edib. Trend xəbər verir ki, bu barədə İnterfaks agentliyi "Associated Press"-ə istinadən xəbər yayıb.

Məlumatda deyilir: "Prezident Obama Ukraynanın yeni liderini Ağ Evdə salamlayıb. Lakin Rusiyayönümlü separatçılarla mübarizə üçün Amerikanın hərbi texnikasının satışı ilə bağlı Poroşenkonun sorğusuna cavab verməkdə çətinlik çəkib".

Poroşenko Obama ilə görüşdən qabaq Amerika Konqresində çıxış edərək Ukraynanın silah və döyüş texnikasının alınmasına ehtiyacı olduğunu bəyan edib: "Yorğan və gecəgörmə cihazları vacibdir, amma heç kim müharibəni yalnız yorğanlarla uda bilmir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti