Azərbaycan, Bakı, 25 sentyabr /Trend/
Rəsmi Yerevan Ermənistan-Türkiyə protokollarının parlamentdən geri çağırılmasını müzakirə edir. Bunu Ermənistanın dövlət başçısı Serj Sarkisyan Nyu-Yorkda BMT Baş Assambleyasının 69-cu sessiyasında çıxışı zamanı bəyan edib. Trend xəbər verir ki, bu barədə "mediamaks" agentliyi yazır.
Onun sözlərinə görə, artıq bir neçə ildir ki, protokollar Türkiyə parlamentində paraflanmayıb.