Azərbaycan, Bakı, 27 sentyabr /Trend/
İran Prezidenti Həsən Ruhani bildirib ki, hələlik İranın nüvə probleminin həlli ilə bağlı "altılıq"la danışıqlar aparılır və yekun saziş üzərində iş gedir, ona görə də "ilkin şərtlər və sanksiyalar" olmamalıdır. Trend Ria Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
Ruhani cümə günü keçirdiyi mətbuat konfransında bəyan edib: "Çətinliklərə baxmayaraq, ötən ildən bizdə böyük nailiyyətlər olub. Cenevrədə müvəqqəti razılaşmaya nail olmuşuq. Biz 6 aydan sonra biz ona müvəffəq olmuşuq".
İran Prezidenti qeyd edib ki, ilkin şərtlər və sanksiyalar olmamalıdır. Bu, heç vaxt konstruktiv olmayıb.