Azərbaycan, Bakı, 29 sentyabr /Trend/
BMT-nin mətbuat xidməti ümumdünya təşkilatının baş katibi Pan Gi Munun KXDR-ə dəvət olunması və mümkün səfəri barədə məlumatları təkzib edib, hansı ki, guya ona Şimalı Koreyanın rəhbəri Kim Çen Inın şəxsi nümayəndəsi təqdim edib. Trend Ria Novosti agentliyinə istinadən bu barədə məlumat verir.
"Möhtəkirlik barədə xəbərlər olub ki, guya məktub baş katibin KXDR-ə səfər dəvəti daxil olmaqla əhəmiyyətli məsələləri əhatə edir. Belə spekulyasiyalar tam əsassızdır", - BMT mətbuat xidmətinin məlumatında deyilir.
Kim Çen Inın məktubunu Pan Gi Muna Nyu-Yorkda keçən BMT Baş Assambleyasının 69-cu sessiyasında iştirak edən KXDR-ın xarici işlər naziri Li Su Yon verib.