...

Putin və Merkel terrorçularla mübarizəni müzakirə ediblər

Dünya xəbərləri Materials 2 Oktyabr 2014 02:06 (UTC +04:00)
Rusiya və Almaniya liderləri Vladimir Putin və Angela Merkel "İslam Dövləti" ekstremistləri ilə mübarizəni müzakirə etdilər
Putin və Merkel terrorçularla mübarizəni müzakirə ediblər

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Rusiya və Almaniya liderləri Vladimir Putin və Angela Merkel telefon danışığında terrorizmlə mübarizə üzrə beynəlxalq əməkdaşlığı, xüsusən də "İslam Dövləti" ekstremistləri ilə mübarizəni müzakirə etdilər.

"İslam Dövləti" (əvvəllər "İraq Şam İslam Dövləti") 2003-cü ildə İraqda yaradılıb. 2004-2006-cı illərdə terror təşkilatına Əbu Musab əl-Zərqavi rəhbərlik edib. Təşkilatın tərkibinə "Əl-Qaidə" terror təşkilatı ilə sıx əlaqəsi olan 11 radikal islam qruplaşması daxildir.

Suriyada silahlı müxalifətlə hökumət qoşunları arasında hərbi toqquşmalar başladıqdan sonra terror təşkilatı 2013-cü ildə Suriyaya soxulub. Bundan sonra "İslam Dövləti" təşkilatı "Əl-Qaidə"nin andını qəbul etməkdən imtina etdiyini və bütün qruplaşmalara, eləcə də hökumət qoşunlarına "cihad" elan etdiyini bəyan edib.

"İslam Dövləti"nin Suriyada mövqelərinin möhkəmlənməsi onun İraqa qayıda bilməsinə gətirib çıxarıb.

İyunun 10-da "İraq Şam İslam Dövləti" (İŞİD) qruplaşmasının silahlıları İraqın Mosul şəhərini və bir neçə yaşayış məntəqəsini zəbt ediblər. İyunun 16-da isə İŞİD yaraqlıları İraqın Təl-Afar şəhərinə nəzarəti ələ alıblar. Bundan əlavə, iyunun 22-də terrorçular şəhərdəki hərbi hava limanını ələ keçiriblər.

Bu il iyunun 25-də İraqdakı sünni qruplaşmaların "İraq Şam İslam Dövləti" terror təşkilatının yaraqlılarına qarşı birləşdikləri barədə məlumat verilir. Həmçinin yaraqlılara qarşı 2007-ci ildə İraqda "Əl-Qaidə"yə qarşı fəal mübarizə aparan "1920-ci il İnqilabçıları briqadası" da silahlanıb. Həmçinin İraq İslam Milli Müqavimətinin, İraq İslam Ordusu, Mücahidlərin Sünni Ordusunun fəalları da silahlanmağa başlayıb.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "islam xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

O da xəbər verilir ki, ölkənin şimalında xüsusilə gərgin vəziyyət yaranıb. Burada terrorçular dini-etnik azlıq olan yezidi kürdlərinə qarşı soyqırım törədəcəkləri ilə hədələyirlər. Öz evlərini tərk etmiş yezidi kürdlərinin sayı 100 min nəfərdən artıqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti