Azərbaycan, Bakı, 21 oktyabr /Trend/
MDB-nin Hava Hücumundan Müdafiə Birləşdirilmiş Sisteminin təlimləri çərçivəsində MDB ölkələrinin Silahlı Qüvvələrinin 80-dən çox təyyarə və helikopteri bir neçə Rusiya bombardmançısını ələ keçirmək üçün havaya qaldırılıb. Trend xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
MDB-nin yeddi ölkəsinin Hava Hücumundan Müdafiə Birləşdirilmiş Sisteminin məşqi bu səhər başlayıb. Ona təxminən 100 döyüş təyyarəsi və müxtəlif səviyyəli 130-dan artıq komanda məntəqəsi və idarəetmə məntəqəsi cəlb edilib. Bütün Hava Hücumundan Müdafiə qüvvələri və vasitələrini isə Moskva ətrafındakı Rusiya Federasiyası Hava-Kosmik Müdafiə Qoşunlarının İdarəetmə Mərkəzi idarə edir.
Məlumatda deyilir: "Ümumilikdə havaya MDB ölkələrinin Silahlı Qüvvələrinin 80-dən çox təyyarə və helikopteri qaldırılıb".