...

Yaraqlılar Suriyanın şimal-şərqində əsas şəhərlərindən birini almaq istəyiblər

Dünya xəbərləri Materials 28 Oktyabr 2014 07:27 (UTC +04:00)
"Əl-Qaidəyə" aidiyyətı olan yaraqlılar çərşənbə axşamına keçən gecə ölkənin şimal-şərqində İdlib şəhərində Suriya ordusu ilə döyüşə başladılar.
Yaraqlılar Suriyanın şimal-şərqində əsas şəhərlərindən birini almaq istəyiblər

Azərbaycan, Bakı, 28 oktyabr /Trend/

"Əl-Qaidəyə" aidiyyətı olan yaraqlılar çərşənbə axşamına keçən gecə ölkənin şimal-şərqində İdlib şəhərində Suriya ordusu ilə döyüşə başladılar. Trend İnterfaks agentliyinə istinadən bu barədə CNN telekanalı xəbər verir.

Toqquşma nəticəsində 39 nəfər, o cümlədən 4 dinc sakin ölüb.

Suriya ordusu əvvəllər "Cebhat ən-Nusra" tərəfindən işğal edilmiş iki əsas inzibati binanı, qubernatorun iqamətgahını və polis idarəsini geri alıblar.

Hazırda İdlib ətrafında Suriya ordusu bölmələrinin yaraqlıların dəstələri ilə döyüşləri davam edir.

Yaraqlıların fəaliyyətini internetdə izlənən Flashpoint Partners təşkilatın məlumatına görə, yaraqlılar Almastuma şəhərini ələ keçiriblər. Həmçinin "Cebhat ən-Nusra" Suriya əsgərlərinin 12 nəfərinin əsir götürülməsi haqda bəyan edib.

Xəbər lenti

Xəbər lenti