...

Sergey Şoyqu: Rusiya MDB ölkələrində, o cümlədən Ermənistanda öz hərbi bazalarını inkişaf etdirəcək

Dünya xəbərləri Materials 29 Oktyabr 2014 12:48 (UTC +04:00)
Rusiya xaricdəki hərbi bazalarını fəal şəkildə inkişaf etdirəcək. Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib. Bu barədə Trend “Novosti-Armeniya” saytına istinadən xəbər yayıb.
Sergey Şoyqu: Rusiya MDB ölkələrində, o cümlədən Ermənistanda öz hərbi bazalarını inkişaf etdirəcək

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Rusiya xaricdəki hərbi bazalarını fəal şəkildə inkişaf etdirəcək. Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu bildirib. Bu barədə Trend "Novosti-Armeniya" saytına istinadən xəbər yayıb.

Şoyqu Müdafiə Nazirliyi yanında İctimai Şuranın iclasında çıxış edərkən deyib: "Biz xaricdəki - Qırğızıstan, Tacikistanda, Ermənistandakı hərbi bazalarımızı inkişaf etdirməkdə davam edəcəyik. Ümumilikdə, kifayət qədər fəal inkişaf edirik".

Nazir onu da xatırladıb ki, bu yaxınlarda Rusiya eskadrilyası Belarusda döyüş növbəsi və təlim aparmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti