...

Nyu Yorkda hərəkət dayanıb

Dünya xəbərləri Materials 4 Dekabr 2014 17:24 (UTC +04:00)
Nyu Yorkun küçələrinə çıxan minlərlə etirazçı bir sıra küçələri bağlayıblar.
Nyu Yorkda hərəkət dayanıb

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Nyu Yorkun küçələrinə çıxan minlərlə etirazçı bir sıra küçələri bağlayıblar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, etirazlar şəhərin mərkəzində avtomobil tıxacı yaradıb. Polis artıq 40 nəfəri həbs edib.

Etirazlara səbəb məhkəmənin qanunsuz siqaret ticarətində şübhəli bilinən qaradərili Erik Qarneri saxlayarkən onu boğan polis əməkdaşı Daniel Pantaleonu məsuliyyətə cəlb etməmək qərarı olub.

Nyu York polisi məlumat verib ki, Manhettenin mərkəzində hərəkəti bağlayan etirazçıları həbs etməyə başlayıb.

Analoji etirazlar dünən Vaşinqton və Oklend şəhərlərində də keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti