...

BMT sülhməramlısı Ebola virusuna yoluxub

Dünya xəbərləri Materials 5 Dekabr 2014 14:55 (UTC +04:00)
BMT-nin sülhyaratma missiyasının əməkdaşı Liberiyada ölümcül virusa yoluxub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.
BMT sülhməramlısı Ebola virusuna yoluxub

Azərbaycan, Bakı, 5 dekabr /Trend/

BMT-nin sülhyaratma missiyasının əməkdaşı Liberiyada ölümcül virusa yoluxub. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər yayıb.

"Assoşieyted Press" agentliyinin missiyanın rəhbəri Karin Landqrenə istinadən verdiyi məlumata görə, sülhməramlının yoluxması dünən məlum olub. Hazırda o, Liberiyanın paytaxtı Monroviyada müalicə kursu keçir.

Landqrenin sözlərinə görə, onunla təmasda olmuş 16 nəfər karantinə yerləşdirilib. Xəstə sülhməramlının baş çəkdiyi yerlər dezinfeksiya olunub.

Xəbər verilir ki, bu, missiya əməkdaşlarının virusa yoluxması ilə bağlı üçüncü haldır. İki əvvəlki yoluxma halı ölümlə nəticələnib.

ÜST-nin noyabrın 30-na olan məlumatına görə, Ebola virusundan ölənlərin sayı 6070 nəfərdir. Virusa yoluxanların sayı 17145-dir. Virusun ocağı Qərbi Afrikada yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti