...

"İlin adamı" seçildi

Dünya xəbərləri Materials 10 Dekabr 2014 17:27 (UTC +04:00)
ABŞ-ın "Time" jurnalı "İlin adamı - 2014"-ün adını açıqlayıb.
"İlin adamı" seçildi

Azərbaycan, Bakı, 10 dekabr /Trend/

ABŞ-ın "Time" jurnalı "İlin adamı - 2014"-ün adını açıqlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölümcül "Ebola" virusuna yoluxmuş xəstələrin qayğısına qalan insanlar bu titula layiq görülüb.

Qeyd edək ki, bu il "İlin adamı" adına Rusiya Prezidenti Vladimir Putin, İraqın kürd muxtariyyətinin lideri Məsud Bərzani, "Alibaba" şirkətinin qurucusu Cek Ma, "Apple" şirkətinin rəhbəri Tim Kuk, ABŞ Milli Futbol Liqasının komissarı Rocer Qudill və amerikalı aktrisa və müğənni Teylor Svift də iddia edirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti