...

Volkan Bozkır: Avropa İttifaqı ilə Türkiyə arasında danışıqlar davam edə bilməz

Dünya xəbərləri Materials 23 Dekabr 2014 12:39 (UTC +04:00)
Avropa İttifaqı ilə Türkiyə arasında danışıqlar bu qurumun Türkiyədən tələb etdiyi formatda davam edə bilməz.
Volkan Bozkır: Avropa İttifaqı ilə Türkiyə arasında danışıqlar davam edə bilməz

Azərbaycan, Bakı, 23 dekabr /Trend, müxbir Rufiz Hafizoğlu/

Avropa İttifaqı ilə Türkiyə arasında danışıqlar bu qurumun Türkiyədən tələb etdiyi formatda davam edə bilməz. Bunu Türkiyənin Aİ işləri üzrə naziri Volkan Bozkır deyib. Bu barədə Trend TRT Haber telekanalına istinadən xəbər verib.

Onun sözlərinə görə, Aİ Türkiyəyə yuxarıdan baxır ki, bu da Türkiyə üçün münasib deyil.

Nazir onu da qeyd edib ki, əgər üzvlükdən imtina olunarsa, Aİ-yə daxil olmaq məsələsi Türkiyəni narahat etmir.

Nazir habelə qeyd edib ki, Türkiyədə demokratiya bir çox Avropa ölkələrində olduğundan yüksək səviyyədədir.

Türkiyənin Aİ-yə daxil olması ilə bağlı rəsmi danışıqlar 2005-ci ildən bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti