...

Kanadanın iki təyyarəsi məcburi eniş etməyə məcbur olub

Dünya xəbərləri Materials 29 Dekabr 2014 12:02 (UTC +04:00)
Kanadanın “Porter Airlines” aviaşirkətinin iki təyyarəsi salonlardakı tüstülənmə səbəbindən məcburi eniş etməyə məcbur olub. Trend xəbər verir ki, bu barədə İnterfaks Kanada KİV-ə istinadən məlumat yayıb.
Kanadanın iki təyyarəsi məcburi eniş etməyə məcbur olub

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Kanadanın "Porter Airlines" aviaşirkətinin iki təyyarəsi salonlardakı tüstülənmə səbəbindən məcburi eniş etməyə məcbur olub. Trend xəbər verir ki, bu barədə İnterfaks Kanada KİV-ə istinadən məlumat yayıb.

Bazar günü səhər Torontodan Vaşinqtona yola düşən birinci təyyarə pilot kabinəsində və salonda tüstü görünəndə Amerikanın Uilyamsport şəhərində yerə enib. Eniş uğurla həyata keçirilib, xəsarət alan olmayıb. Sərnişinlər Vaşinqtona başqa təyyarə ilə çatdırılıblar.

Elə həmin gün axşam Torontodan Qreyter-Sadberi şəhərinə uçan təyyarə salonda tüstü yaranması səbəbindən geri qayıtmalı olub.

Hazırda mütəxəssislər hər iki hadisənin səbəblərini müəyyən etməyə çalışırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti