...

Niderlandda da məscidə hücum etdilər

Dünya xəbərləri Materials 9 Yanvar 2015 20:25 (UTC +04:00)
Niderlandın Vlardingen şəhərində məcscidə hücum edilib.
Niderlandda da məscidə hücum etdilər

Azərbaycan, Bakı, 9 yanvar /Trend, müxbir Məftun Salmanov/

Niderlandın Vlardingen şəhərində məscidə hücum edilib.

Trend-in Türkiyənin "Zaman" qəzetinə istinadən verdiyi məlumata əsasən, mərakeşlilərə məxsus məscidə alışqan boya spreyi atılıb.

Məscidin nümayəndəsi bildirib ki, sprey məscidin qadınlar bölümünə atılıb və bu zaman məsciddə heç kəs olmayıb.

O, 1988-ci ildən bu şəhərdə olduqlarını və ilk dəfə bu cür halla üzləşdiklərini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti