...

Türkiyə rəhbər qadınların sayına görə dünyada ikincidir

Dünya xəbərləri Materials 13 Yanvar 2015 10:17 (UTC +04:00)
Hesabata əsasən, dünyanın 108 ölkəsində idarəetmədə qadınlar yer tuturlar, 80 ölkədə isə rəhbər qadınların sayında xeyli irəliləyiş var.
Türkiyə rəhbər qadınların sayına görə dünyada ikincidir

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə rəhbər qadınların sayına görə dünyada ikinci yeri tutur. Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının ( ILO) "İş həyatında və idarəetmədə qadın 2014" hesabatında bildirilir.

Hesabata əsasən, dünyanın 108 ölkəsində idarəetmədə qadınlar yer tuturlar, 80 ölkədə isə rəhbər qadınların sayında xeyli irəliləyiş var.

O da qeyd olunur ki, dünyanın 19 ölkəsində qadınlar heç bir halda idarəetməyə buraxılmırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti