...

Ermənistanda çörək bahalaşıb

Dünya xəbərləri Materials 19 Yanvar 2015 15:20 (UTC +04:00)
2014-cü ildə Ermənistanda çörək və yarmanın qiyməti 5,9 faiz bahalaşıb.
Ermənistanda çörək bahalaşıb

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir Məftun Salmanov/

2014-cü ildə Ermənistanda çörək və yarmanın qiyməti 5,9 faiz bahalaşıb. Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata əsasən, bunu ölkənin Milli Statistika Xidmətinin şöbə müdiri Qurgen Martirosyan deyib.

Onun sözlərinə görə, 2014-cü ilin noyabrına qiymətlər 4,3 faiz bahalaşıb.

O cümlədən, əla növ və birinci sort un müvafiq olaraq 4 və 4,9 faiz, düyü 6,2 faiz, lobya 1,8 faiz, peçenye 1,4 faiz, makaron 1,5 faiz, spagetti 3,1 faiz, uşaq sıyığı isə 2,7 faiz bahalaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti