...

Türkiyədə bir gündə 230 şagird xəstəxanalıq olub

Dünya xəbərləri Materials 12 Fevral 2015 11:30 (UTC +04:00)
Türkiyənin Ordu vilayətində şagirdlər arasında kütləvi zəhərlənmə qeydə alınıb.
Türkiyədə bir gündə 230 şagird xəstəxanalıq olub

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Ordu vilayətində şagirdlər arasında kütləvi zəhərlənmə qeydə alınıb. Bu barədə Trend Türkiyənin Anadolu agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, 230 şagirdin məktəbdə yediyi qidadan zəhərləndiyi ehtimal edilir.

Qeyd olunur ki, məktəblilərdən 85-nin vəziyyəti qənaətbəxş olmadığı üçün hazırda xəstəxanada həkim nəzarətində saxlanılır. Digərləri isə ambulator müayinədən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti