...

Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri tərəfindən rəsmi sənədin imzalanması gözlənilir

Dünya xəbərləri Materials 12 Fevral 2015 11:30 (UTC +04:00)
“Normandiya dördlüyü” – Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb.
Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərləri tərəfindən rəsmi sənədin imzalanması gözlənilir

Azərbaycan, Bakı, 12 fevral /Trend/

"Normandiya dördlüyü" - Ukrayna, Rusiya, Fransa və Almaniya rəhbərlərinin Belarusun paytaxtı Minsk şəhərində Donbass probleminin həlli üzrə yarım sutkadan çox davam edən danışıqları başa çatıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, görüşün yekunları ilə bağlı Ukrayna prezidenti Pyotr Poroşenko, Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland və Almaniya kansleri Angela Merkel tərəfindən rəsmi sənədin imzalanması gözlənilir.

Razılaşdırılmış sənədin Donetsk və Luqansk separatçılarının da təmsil olunduğu təmas qrupuna verildiyi bildirilir. Onların da sənədə imza atması nəzərdə tutulub.

Rusiyanın digər KİV-lərinin yazdığına görə, tərəflər fevralın 14-dən etibarən atəşin dayandırılması və ağır silahların təmas xəttindən geri çəkilməsi barədə razılığa gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti