...

Ərdoğan Obamaya: Sən niyə susursan?

Dünya xəbərləri Materials 13 Fevral 2015 12:41 (UTC +04:00)
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obamanı bu ölkədə üç müsəlman tələbənin öldürülməsi ilə bağlı susduğu üçün tənqid edib.
Ərdoğan Obamaya: Sən niyə susursan?

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Barak Obamanı bu ölkədə üç müsəlman tələbənin öldürülməsi ilə bağlı susduğu üçün tənqid edib. Bu barədə Trend BBC-yə istinadən xəbər verir.

Ərdoğanın sözlərinə görə, siyasətçilər ölkələrində baş verən hadisələrə görə məsuliyyət daşıyırlar və baş verənlərə münasibətlərini bildirməlidirlər.

Xatırladaq ki, fevralın 10-da axşam saatlarında ABŞ-ın Kaliforniya ştatının Çapel-Hill şəhərinin sakini Kreyq Stiven Hiks üç nəfərdən ibarət müsəlman ailəni güllələyib.

Onun qurbanları 23 yaşlı Şeddi Bərəkət, onun 21 yaşlı həyat yoldaşı Yusor Məhəmməd və 19 yaşlı bacısı Razan olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti