...

Gürcüstanın Baş naziri hökumətin yeni tərkibini təqdim edib

Dünya xəbərləri Materials 1 May 2015 13:56 (UTC +04:00)
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni nazirlərin namizədliklərini təqdim edib.
Gürcüstanın Baş naziri hökumətin yeni tərkibini təqdim edib

Azərbaycan, Bakı, 1 may /Trend/

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yeni nazirlərin namizədliklərini təqdim edib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Gürcüstan Prezidenti Georgi Marqvelaşvili etimad göstərilməsi üçün hökumətin yenilənmiş tərkibini parlamentə təqdim etməlidir.

Gürcüstanın Nazirlər Kabinetinin sayca yeddinci üzvü, idman və gənclərlə iş üzrə naziri Levan Kipiani vəzifəsini tərk etdikdən sonra İ.Qaribaşvilinin başçılıq etdiyi hökumətə etimadın göstərilməsi məsələsi gündəmə gəlib. Ölkə Konstitusiyasına əsasən, hökumətə etimadın göstərilməsi məsələsinin yaranması üçün nazirlərin 1/3-i hökuməti tərk etməlidir. Nazirlər Kabinetində cəmi 19 nazir var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti