...

ABŞ-da Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş olunduğu mərkəzdə atışma baş verib

Dünya xəbərləri Materials 4 May 2015 11:53 (UTC +04:00)
ABŞ-da, Texas ştatının Harlend şəhərində söz azadlığı müdafiəsinə həsr edilmiş aksiyada və Məhəmməd peyğəmbərin karikaturalarını nümayiş etdirən mərkəzdə atışma baş verib
ABŞ-da Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş olunduğu mərkəzdə atışma baş verib

Azərbaycan, Bakı, 4 may

ABŞ-da Texas ştatının Harlend şəhərində söz azadlığı müdafiəsinə həsr edilmiş aksiyada və Məhəmməd peyğəmbərin karikaturalarının nümayiş olunduğu mərkəzdə atışma baş verib. Bu barədə Trend Associated Press agentliyinə istinadən məlumat verir.

Əldə olunan məlumata görə, şəxsiyyəti açıqlanmayan 2 kişi mərkəzin mühafizəçilərindən birinə atəş açaraq onu ayağından yaralayıb. Bundan sonra asayiş keşikçiləri cavab atəşi açıblar. İki kişi qətlə yetirilib. KİV-in məlumatına görə, onların üzərində avtomat silah olub. Yaralı mühafizəçi xəstəxanaya aparılıb, həyati təhlükə yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti