...

Almaniyada dəmiryol işçilərinin 6 günlük tətili başlayıb

Dünya xəbərləri Materials 4 May 2015 15:09 (UTC +04:00)
Bu gün Almaniyada dəmiryol nəqliyyatı işçilərinin 6 günlük tətili başlayıb.
Almaniyada dəmiryol işçilərinin 6 günlük tətili başlayıb

Azərbaycan, Bakı, 4 may /Trend/

Bu gün Almaniyada dəmiryol nəqliyyatı işçilərinin 6 günlük tətili başlayıb.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu, yeni tariflə bağlı "Deutsche Bahn" konserni ilə danışıqların müsbət nəticələnməməsi ilə əlaqədardır.

GDL maşinistlərin həmkarlar ittifaqı bütün işçilərin məvacibinin 5 faiz artırılmasını, iş həftəsinin 1 saat azaldılmasını tələb edir.

"Deutsche Bahn" isə iyulun 1-dən məvacibin 4,7 faiz artırılmasını, eləcə də işçilərə iyunun 30-dək min avro həcmində birdəfəlik mükafatın ödənilməsini təklif edir. Maşinistlərin tarif səbətində ixtisası da mübahisə mövzusuna çevrilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti