...

İtaliyada təhsil islahatlarına qarşı ümumi tətil keçirilir

Dünya xəbərləri Materials 5 May 2015 16:24 (UTC +04:00)
İtaliyada Matteo Rensinin təklif etdiyi təhsil islahatlarına qarşı ümumi tətil keçirilir.
İtaliyada təhsil islahatlarına qarşı ümumi tətil keçirilir

Azərbaycan, Bakı, 5 may /Trend/

İtaliyada Matteo Rensinin təklif etdiyi təhsil islahatlarına qarşı ümumi tətil keçirilir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölkənin yeddi şəhərində təşkil edilən yürüşlər və mitinqlərdə müəllimlər, şagirdlər, təhsil müəssisələrinin rəhbərləri və həmkar ittifaqları iştirak edirlər.

Qeyd edək ki, M.Rensi hökuməti 2014-cü ilin payızında "Yaxşı məktəb" adlı təhsil sistemində islahatlar proqramı hazırlayıb. Sənədə əsasən, dövlət təhsilinə ayrılan xərclər azaldılır, müəllimlərin işdən azad edilməsini asanlaşdıracaq bir sıra yeniliklər tətbiq edilir.

Bundan başqa, müəllimlər işləyəcəkləri təhsil müəssisələrini özləri seçə bilməyəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti