...

Öz qızının qələbə qazanmasını istəmir

Dünya xəbərləri Materials 6 May 2015 03:40 (UTC +04:00)
Fransanın Milli Cəbhə Partiyasının yaradıcısı Jan-Mari Le Pen öz qızı Marin Le Penin 2017-ci il prezident seçkilərində qələbə qazanmasını istəmir.
Öz qızının qələbə qazanmasını istəmir

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir Elçin Mehdiyev/

Fransanın Milli Cəbhə Partiyasının yaradıcısı Jan-Mari Le Pen öz qızı Marin Le Penin 2017-ci il prezident seçkilərində qələbə qazanmasını istəmir.

Trend xarici mətbuata istinadən xəbər verir ki, Jan-Mari Le Pen bu fikri yerli radiostansiyaların birində səsləndirib: "Mən hazırda qızımın qələbə qazanmasının əleyhinəyəm. Əgər bu cür mənəvi prinsiplərə malik insanlar Fransa dövlətinə rəhbərlik etsə, bu, əsl qalmaqal olar".

86 yaşlı siyasətçi qızına tezliklə ailə qurmağı və soyadını dəyişməyi arzu edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti