...

İraqın Kürd müxtariyyətinin statusu ilə bağlı referendum təxirə salındı

Dünya xəbərləri Materials 7 May 2015 11:00 (UTC +04:00)
İraqın Kürd müxtariyyətinin statusu ilə bağlı referendumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb
İraqın Kürd müxtariyyətinin statusu ilə bağlı referendum təxirə salındı

Azərbaycan, Bakı, 7 may /Trend/

İraqın Kürd müxtariyyətinin statusu ilə bağlı referendumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Türkiyənin Anadolu agentliyi cümə axşamı xəbər verib ki, bu barədə Kürd administrasiyasının rəhbəri Məsud Bərzani deyib.

Onun sözlərinə görə, bu gün muxtariyyət üçün əsas prioritetlərindən biri "İslam dövləti" ilə mübarizədir. "Referendum bu terror təşkilatı ilə mübarizə başa çatdıqdan sonra aparılacaq",- Bərzani deyib.

Ötən ilin noyabrında Bərzani bildirib ki, İraqın Kürd administrasiyası fikrində qətidir, muxtariyyət statusu haqqında referendum keçirmək niyyətindədir. Müstəqillik əldə etməsi zaman məsələsidir.

"İslam dövlətinin" yaraqlılarının İraq əyalətlərini işğal etməsindən sonra Bağdadla Kürd administrasiyası arasındakı münasibətlər nəzərə çarpacaq dərəcədə pisləşib. Məsud Bərzani İraq hökumətini ölkədə baş verən hadisələrə görə, günahkar sayır.

Ötən ilin iyulunda Bərzani bildirib ki, İraq parçalanma vəziyyətindədir, hökumət isə vəziyyətə nəzarət etmir.

Onun sözlərinə görə, gec-tez Kürd müxtariyyəti müstəqilliyini elan edəcək: "Bu, İraqda kürdlərin hüququdur. Lakin bu zaman onlar regionda olan digər torpaqlara iddia etməyəcəklər."

Ötən ilin iyul ayında Türkiyə hökuməti Ərbili müxtariyyət statusunun dəyişdirilməsi üzrə referendum keçirilməsi ilə bağlı tələsməməyə çağırıb. Bu bəyanatı M.Bərzaninin Türkiyəyə səfəri zamanıölkənin o vaxtki baş naziri, indiki prezident Rəcəb Tayyib Ərdoğan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti