...

İslam Əməkdaşlıq Təşkilatı Yəmən xalqına qarşı biganə qalmamalıdır

Dünya xəbərləri Materials 7 May 2015 11:22 (UTC +04:00)
İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Yəməndə faciənin baş verə biləcəyi haqqında xəbərdarlıq edib.
İslam Əməkdaşlıq Təşkilatı Yəmən xalqına qarşı biganə qalmamalıdır

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir Ümid Niayeş/

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Yəməndə faciənin baş verə biləcəyi haqqında xəbərdarlıq edib.

Trend-in İranın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, Pakayin Yəmənin qonşularının bu ölkəyə qarşı apardıqları hərbi əməliyyatı tənqid edərək deyib: "Təəssüf ki, Səudiyyə Ərəbistanı hava qüvvələrinin yaratdığı blokada nəticəsində Yəmənə yardımlar göndərmək məsələsi ciddi maneələrlə üz-üzə qalıb".

Səfir Yəmən xalqının təcili olaraq dərman, tibbi texnika və qidaya ehtiyacı olduğunu xatırladıb və müsəlman ölkələrinin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı üzvlərinin məsləyə biganə yanaşmamalarını tələb edib.

Pakayin əlavə edib ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Yəmənə yardımlar göndərilməsi haqqındakı 2216 nömrəli qətnaməsinə baxmayaraq təəssüf ki, hələ də bu yardımların göndərilməsinin qarşısı alınır.

O vurğulayıb ki, müsəlman ölkələr beynəlxalq təşkilatlarda yardımların Yəmənə göndərilməsi uğrunda çalışmalıdırlar: "Yəmən xalqı müsəlman ölkələrdən bunu gözləyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti