...

Türkiyə Əfqanıstanda sabitliyə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcək

Dünya xəbərləri Materials 13 May 2015 15:04 (UTC +04:00)
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Antalyada NATO-nun iştirakçı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.
Türkiyə Əfqanıstanda sabitliyə nail olmaq üçün səyləri dəstəkləməyə davam edəcək

Azərbaycan, Bakı, 13 may /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyə Əfqanıstanda sabitliyə nail olmaq üçün bütün səyləri dəstəkləməyə davam edəcək.Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Antalyada NATO-nun iştirakçı ölkələrinin xarici işlər nazirlərinin görüşündə deyib.

Onun sözlərinə görə, Əfqanıstanda sabitlik Türkiyə üçün xüsusi əhəmiyyət kəsb edir.

Ə.Davudoğlu həmçinin qeyd edib ki, Ankara Əfqanıstanda sülhməramlılarını saxlayacaq.

Bir müddət əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, ölkəsi Əfqanıstandakı sülhməramlı kontingentin sayını 1100 nəfərə qədər artıracaq: "Türkiyə Kabulun beynəlxalq aeroportunun istismarında iştirak etmək niyyətindədir. Bu məqsədlə Ankara 50 milyon avro ayırıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti