Sürüşmə Kolumbiyanın şimal-qərbində baş verib. Qurbanların sayı 50-ə çatıb. Onlarla insan xəsarət alıb. Bu barədə Trend İnterfaks agentliyinə istinadən məumat verir.
Fəlakət Antyokiya departamentində sel nəticəsində baş verib. Ən çox zərər çəkən şəhər Salqar olub. Ölkə prezidenti Xuan Manuel Santos fövqəladə halın nəticələrinin aradan qaldırılması tədbirlərinin inspeksiyası məqsədi ilə şəhərə yollanıb.