...

Nepalda zəlzələ qurbanlarının sayı 8,6 min nəfəri keçdi

Dünya xəbərləri Materials 20 May 2015 12:04 (UTC +04:00)
Nepalda 25 aprel və 12 mayda baş verən güclü zəlzələ nəticəsində hadisə qurbanlarının sayı 8622 nəfərə çatıb.
Nepalda zəlzələ qurbanlarının sayı 8,6 min nəfəri keçdi

Azərbaycan, Bakı, 20 may /Trend/

Nepalda aprelin 25-də və mayın 12-də baş verən güclü zəlzələ nəticəsində hadisə qurbanlarının sayı 8622 nəfərə çatıb. Trend-in "RIA Novosti"yə istinadən verdiyi məlumata əsasən, bu barədə çərşənbə günü Fövqəladə Hallar üzrə Milli Mərkəzin "Twitter" səhifəsində məlumat yazılıb.

Daha əvvəl 8583 nəfərin həlak olması barədə xəbər verilmişdi.

Son məlumatlara əsasən, hadisədə 16808 nəfər xəsarət alıb. Nepalın paytaxtı Katmanduda 1216 nəfər həlak olub. 490 min ev tamamilə dağılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti