...

ABŞ-da baykerlərin atışdığı yerdə daha 300 ədəd silah aşkarlanıb

Dünya xəbərləri Materials 21 May 2015 12:29 (UTC +04:00)
Müstəntiqlər Amerikanın Ueyko şəhərində (Texas şatatı) baykerlərin atışdığı yerdə daha 300 ədəd müxtəlif növ silah aşkarlayıb.Onların arasında Kalaşnikov avtomatı da var.
ABŞ-da baykerlərin atışdığı yerdə daha 300 ədəd silah aşkarlanıb

Azərbaycan, Bakı, 21 may /Trend/

Müstəntiqlər Amerikanın Ueyko şəhərində (Texas şatatı) baykerlərin atışdığı yerdə daha 300 ədəd müxtəlif növ silah aşkarlayıb. Onların arasında Kalaşnikov avtomatı da var. Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata əsasən, bu barədə "NBC" telekanalı xəbər verib.

Mayın 17-i Amerikanın Ueyko şəhərində iki düşmən bayker dəstənin atışması nəticəsində 9 nəfər ölüb, 18 nəfər yaralanıb. Atışma ticarət mərkəzində yerləşən "Twin Peaks" barında baş verib. Bu bar baykerlərin sevimli məkanlarından biridir. Hadisədən sonra məhkəmə tərəfindən 170 nəfər şübhəli şəxsə hökm oxunub.

Polis serjantı Patrik Sventon qeyd edib ki, "Twin Peaks" barında 118 ədəd tapança, 1 ədəd Kalaşnikov avtomatı, 157 ədəd bıçaq, kastet, dəyənək, asmalı zəncir, qoruyucu jilet də daxil olmaqla daha 43 ədəd müxtəlif növ silah aşkarlanıb: "Silahların sayının artacağını gözləyirik".

Polisin məlumatına əsasən, silahlar zibil qabları, mətbəx plitələri və başqa yerlər də daxil olmaqla, barın müxtəlif yerlərində gizlədilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti