...

Türkiyədə terrorçuluqda şübhəli bilinən böyük dəstə zərərsizləşdirilib

Dünya xəbərləri Materials 24 May 2015 16:59 (UTC +04:00)
Türkiyənin Ağrı vilayətində keçirilmiş antiterror əməliyyatında saxlanılan 19 nəfərdən 14-ü həbs edilib.
Türkiyədə terrorçuluqda şübhəli bilinən böyük dəstə zərərsizləşdirilib

Azərbaycan, Bakı, 24 may /Trend/

Türkiyənin Ağrı vilayətində keçirilmiş antiterror əməliyyatında saxlanılan 19 nəfərdən 14-ü həbs edilib.

Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, zərərsizləşdirilən dəstə terrorçu Kürd Fəhlə Partiyasının (PKK) törəməsi olan YDG-H qruplaşmasına aiddir. Dəstə üzvlərindən xeyli miqdarda silah və sursatın ələ keçirildiyi bildirilir.

Ölkənin Şırnak bölgəsində isə İraq ərazisindən gələn 8 PKK-çı hökumət qüvvələrinə təslim olub.

Xəbər lenti

Xəbər lenti