...

Sent-Luisdəki atışma nəticəsində 4 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 25 May 2015 11:30 (UTC +04:00)
Amerikanın Sent-Luis şəhərində (Missuri ştatı) baş verən atışma nəticəsində ən azı 4 nəfər ciddi xəsarət alıb.
Sent-Luisdəki atışma nəticəsində 4 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 25 may /Trend/

Amerikanın Sent-Luis şəhərində (Missuri ştatı) baş verən atışma nəticəsində 4 nəfər ciddi xəsarət alıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Yerli xəbər portalı KMOV.com-un məlumatına əsasən, hadisə yerli vaxtla 22:50-də baş verib. Hadisədə 2 qadın və 2 kişi yaralanıb.

Yaralananların hamısı kritik vəziyyətdə xəstəxanaya çatdırılıb.

Polis araşdırma aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti