...

Pakistan prezidentinin oğluna sui-qəsd zamanı 3 nəfər ölüb, 15 nəfər yaralanıb

Dünya xəbərləri Materials 25 May 2015 11:48 (UTC +04:00)
Partlayış zamanı ən azı 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Güman edilir ki, partlayışın məqsədi Pakistan prezidentinin oğluna sui-qəsd olub.
Pakistan prezidentinin oğluna sui-qəsd zamanı 3 nəfər ölüb, 15 nəfər yaralanıb

Azərbaycan, Bakı, 25 may /Trend/

Pakistanda partlayış zamanı ən azı 3 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Güman edilir ki, partlayışın məqsədi Pakistan prezidentinin oğluna sui-qəsd olub. Trend-in RIA-Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə DAWN qəzeti xəbər verib.

Yaralananlar arasında 5 nəfər polis var, onlardan birinin vəziyyəti ağırdır. Bundan başqa, yaxınlıqdan keçən insanlar da xəsarət alıb.

Partlayış Sind və Belucistan vilayətlərini birləşdirən avtomagistralda otel yaxınlığında baş verib. Polisin məlumatına əsasən, motosiklə bərkidilən partlayıcı qurğu məsafədən işə salınıb.

Hücum Pakistan prezidentinin oğlu Süleyman Məmnunun korteji otelin yanından keçərkən baş verib. Lakin o xəsarət almayıb.

Güman edilir ki, Süleyman Məmnun bağ evindən Karaçiyə qayıdırmış.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti