...

Vyanada atışmada bir nəfər ölüb, iki nəfər isə yaralanıb

Dünya xəbərləri Materials 25 May 2015 15:05 (UTC +04:00)
Avstriyanın paytaxtı Vyanadada atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər isə ciddi xəsarət alıb.
Vyanada atışmada bir nəfər ölüb, iki nəfər isə yaralanıb

Azərbaycan, Bakı, 25 may /Trend/

Avstriyanın paytaxtı Vyanada atışma nəticəsində 1 nəfər ölüb, iki nəfər isə ciddi xəsarət alıb. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hadisə bazar ertəsinə keçən gecə baş verib.

Tramvayda 4 kişi arasında mübahisə yaranıb. Onlardan ikisi dayanacaqda nəqliyyatı tərk etmək istəyərkən tramvaydakılar atəş açmağa başlayıblar.

Kişilərdən biri xəstəxanada dünyasını dəyişib, ikincisinin vəziyyəti isə ağırdır. Bundan başqa, cinayətkar yoldan ötən 19 yaşlı qızı yaralayıb, onun vəziyyəti stabildir.

Polis insidenti araşdırmağa başlayıb. Tramvayda video-müşahidə sisteminin olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti