...

Kanadada meşə yanğınları ilə əlaqədar 5 min insan təxliyyə edilib

Dünya xəbərləri Materials 26 May 2015 11:48 (UTC +04:00)
Kanadanın şimal əyaləti Albertada baş verən meşə yanğınları ilə əlaqədar təxminən 5 min nəfər təxliyyə edilib.
Kanadada meşə yanğınları ilə əlaqədar 5 min insan təxliyyə edilib

Azərbaycan, Bakı, 26 may /Trend/

Kanadanın şimal əyaləti Albertada baş verən meşə yanğınları ilə əlaqədar təxminən 5 min nəfər təxliyyə edilib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə yerli "CBS" telekanalı xəbər verib.

Vabask kəndinin və yaxınlıqdakı yaşayış məntəqələrinin 2 minə yaxın əhalisi Kold-Leyk və Atabaskaya təxliyyə edilib. "Cenovus Energy" və "Canadian Natural Resources Ltd." şirkətləri 2 minə yaxın əməkdaşını Kold-Leyk şəhəri yaxınlığındakı neft zavodlarından təxliyyə etmək məcburiyyətində qalıb.

Yanğına səbəb quru isti havadır.

"CTV" telekanalı xəbər verir ki, fövqəladə hallar üzrə bələdiyyə idarəsinin direktoru Sindi Teronun sözlərinə görə, Edmenton şəhərindən şimala doğru 330 kilometr uzaqlıqda yerləşən rayonda fövqəladə hal elan edilib.

Yanğınlarla bağlı məlumat xidmətinin əməkdaşı Ceffri Driskollun verdiyi məlumata əsasən, yanğının söndürülməsinə təqribən 1,3 min yanğınsöndürən və yüzlərlə texnika cəlb olunub. Ontario və Kvebek də yardım üçün əlavə qüvvə göndərib.

Hökumət Albertada tonqalların qalanmasını qadağan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti