...

Belarus prezidentinin Pakistana səfəri təxirə salınıb

Dünya xəbərləri Materials 26 May 2015 12:15 (UTC +04:00)
Belarus prezidenti Aleksandr Lukaşenkonun Pakistana rəsmi səfəri iki gün sonraya keçirilib.
Belarus prezidentinin Pakistana səfəri təxirə salınıb

Azərbaycan, Bakı, 26 may /Trend/

Belarus prezidenti Aleksandr Lukaşenkonun Pakistana rəsmi səfəri iki gün sonraya keçirilib. Buna səbəb prezidentin anasının dünyasını dəyişməsi olub. Trend-in "Belta"ya istinadən verdiyi məlumata əsasən, bunu dövlət başçısının mətbuat katibi Natalya Eysmont deyib.

Mətbuat katibi bildirib ki, rəsmi səfər mayın 28-29-a təyin edilib: "Səfərin təxirə salınmasına səbəb A.Lukaşenkonun anasının dünyasını dəyişməsi olub. Səfərə gəldikdə isə onun formatı dəyişməz olaraq qalır. Belarus prezidentinin Pakistanda əhəmiyyətli görüşləri planlaşdırılır. Bu görüşlər arasında prezident və baş nazirlə görüş də olacaq. Artıq bir neçə gündür ki, Pakistanda Belarusun böyük nümayəndə heyəti çalışır. Böyük müəssisə və holdinq, dövlət və özəl şirkət rəhbərləri pakistanlı həmkarları ilə səmərəli şəkildə işləyirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti