...

FİFA-nın bir sıra yüksək rütbəli məmuru korrupsiya ittihamı ilə həbs edilib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 27 May 2015 11:47 (UTC +04:00)
İsveçrə hökuməti FİFA-nın bir neçə yüksək rütbəli məmurunu korrupsiya ittihamı ilə həbs edib.
FİFA-nın bir sıra yüksək rütbəli məmuru korrupsiya ittihamı ilə həbs edilib (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 27 may /Trend/

İsveçrə hökuməti FIFA-nın bir neçə yüksək rütbəli məmurunu korrupsiya ittihamı ilə həbs edib. Trend-in "İnterfaks"-a istinadən verdiyi məlumata əsasən, bu barədə "The New York Times" xəbər verib.

Güman edilir ki, həbs olunanlar ABŞ-a ekstradisiya olunacaqlar. Amerika hüquq mühafizə orqanları dünya çempionatlarının keçirilməsində ölkələrin ərizələrinin təqdir edilməsi, elektron kommunikasiya vasitələrinin tətbiqi ilə dələduzluq, pulların yuyulması da daxil olmaqla korrupsiya ittihamı ilə çıxış edir.

Qəzetin verdiyi məlumata əsasən, Amerika hüquq mühafizə orqanları bir neçə il FIFA-a qarşı araşdırma aparıb. FIFA İcra Komitəsinin üzvü Çarlz Bleyzer istintaqla əməkdaşlıq etməyə başladıqdan sonra proses irəliləməyə başlayıb. Xüsusilə, Ç.Bleyzer istintaqa təşkilatın rəhbər üzvləri ilə danışıqlarını təqdim edib.

Mətbuatda çıxan xəbərlərdən sonra FIFA 2018 və 2020-ci illərdə dünya çempionatı təşkilatçı ölkələrin seçim prosesi ilə bağlı daxili araşdırma aparıb. Xatırladaq ki, bu illərdə dünya çempionatı Rusiya və Qətərdə keçiriləcək. Pozuntu aşkarlanmayıb. FIFA həmçinin federasiyanın prezidenti J.Blatterin 2018 və 2020-ci illərdə baş tutacaq dünya çempionatını təşkil edəcək ölkələrin seçimi ilə bağlı iş üzrə FTB tərəfindən dindirilməkdən ehtiyat etdiyi üçün ABŞ-a səfər etməməsi ilə bağlı məlumatı təkzib edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti