...

II Elizabet: Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2018-ci ilədək keçiriləcək

Dünya xəbərləri Materials 27 May 2015 17:36 (UTC +04:00)
Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendum 2017-ci ilin sonunadək baş tutacaq.
II Elizabet: Britaniyanın Aİ-dən çıxması ilə bağlı referendum 2018-ci ilədək keçiriləcək

Azərbaycan, Bakı, 27 may /Trend/

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı referendum 2017-ci ilin sonunadək baş tutacaq. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu təntənəli nitqində Kraliça II Elizabet deyib.

Kraliça Böyük Britaniyanın Aİ-yə üzvlüyü ilə bağlı məsələdə yeni danışıqlar aparacağını söyləyib: "Buna səbəb ittifaqın bütün üzvlərin maraqlarına xidmət etməsidir. Paralel olaraq, Aİ-dən çıxma məsələsi ilə bağlı 2017-ci ilin sonunadək davam edəcək referendum haqqında qanun layihəsi təqdim ediləcək".

Qeyd edək ki, Hökumətin gələcək planlarının qeyd olunduğu Kraliçanın təntənəli nitqi Baş nazir Devid Kemeronun başçılığı ilə Nazirlər Kabineti tərəfindən yazılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti