...

Suriyada xəstəxanada yanğın: 25 ölü

Dünya xəbərləri Materials 31 May 2015 18:48 (UTC +04:00)
Suriyanın şimal-şərqində xəstəxanada baş vermiş yanğın nəticəsində ən azı 25 nəfər ölüb, onlardan çoxu uşaqdır
Suriyada xəstəxanada yanğın: 25 ölü

Azərbaycan, Bakı, 31 may /Trend/

Suriyanın şimal-şərqində xəstəxanada baş vermiş yanğın nəticəsində ən azı 25 nəfər ölüb, onlardan çoxu uşaqdır.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, hadisə Suriya-Türkiyə sərhədindəki Qamışlı şəhərində baş verib.

Yanğın xəstəxanadakı yanacaq deposunun partlamasından sonra baş verib.

Yanğından təqribən 30 nəfərin xəsarət aldığı bildirilir.

Partlayışın səbəbi bilinmir.

Xəbər lenti

Xəbər lenti