...

“Apple” iPhone üçün tüstü detektorunu patentləşdirib

Dünya xəbərləri Materials 2 Sentyabr 2015 10:29 (UTC +04:00)
“Apple” iPhone da daxil olmaqla, iOS əməliyyat sistemi ilə işləyən mobil cihazlara uyğunlaşdırılan tüstünün aşkar edilməsi sistemi üzrə patenti təsdiqlədib.
“Apple” iPhone üçün tüstü detektorunu patentləşdirib

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

"Apple" iPhone da daxil olmaqla, iOS əməliyyat sistemi ilə işləyən mobil cihazlara uyğunlaşdırılan tüstünün aşkar edilməsi sistemi üzrə patenti təsdiqlədib. Trend bu barədə "Appleinsider" resursuna istinadən məlumat verir.

Patentdə təqdim olunan variantlara əsasən, sistemdən Wi-Fi routerlərdə, noutbuklarda, stasionar kompyuterlədə və Apple TV televiziya setində istifadə etmək olacaq.

Mobil cihazlara kiçik sensor quraşdırılır. Sistem tüstü aşkar etdikdə, müvafiq proqram təminatı cihazın sahibinə təhlükə siqnalı göndərir. Sadalanan başqa xüsusiyyətlər arasında yanğınsöndürmə sisteminin aktivləşdirilməsi və yanğınsöndürmə xidmətinin çağırışı da yer alır.

Daha bir variantda sistem tərəfindən cihaz sahibinin yeri barədə məlumatın yanğınsöndürmə briqadalarına ötürülməsi də var.

Məlumatda bildirilir ki, hazırda "Apple" şirkətinin bu texnologiyanın növbəti nəsil mobil qurğulara inteqrasiya etmək kimi planları yoxdur.

Xatırladaq ki, patentin ilk variantı 2013-cü il may ayında verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti