...

Siqareti yerə atanlar bu məbləğdə cərimələnəcəklər

Dünya xəbərləri Materials 4 Oktyabr 2015 23:12 (UTC +04:00)
Bugündən etibarən Fransanın paytaxtı Parisdə yerə siqaret atanlar 68 avro cəza ödəyəcəklər
Siqareti yerə atanlar bu məbləğdə cərimələnəcəklər

Azərbaycan, Bakı, 4 oktyabr /Trend/

Bugündən etibarən Fransanın paytaxtı Parisdə yerə siqaret atanlar 68 avro cəza ödəyəcəklər.

Trend-in məlumatında görə, Paris Bələdiyyəsinin verdiyi qərar bugündən qüvvəyə minəcək.

Sözügedən qadağa 100 nəfər müfəttiş tərəfindən hərgün yoxlanılacaq. Bu müfəttişlər küçədə yerə siqaret atanları görər-görməz yerindəcə cərimələyəcəklər. Cərimənin məbləği isə bizim pulla 80 manat təşkil edir.

Paris Bələdiyyəsi siqaretin və onun külünün yerə atılmasının qarşısını almaq üçün şəhərin hər yerinə zibil qutusu yerləşdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti