...

Belarusda prezident seçkiləri keçirilir

Dünya xəbərləri Materials 11 Oktyabr 2015 11:53 (UTC +04:00)
Bu gün Belarusda prezident seçkiləri keçirilir.
Belarusda prezident seçkiləri keçirilir

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Bu gün Belarusda prezident seçkiləri keçirilir.

Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, səsvermə saat 20.00-dək davam edəcək.

Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərir. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, "Qovori pravdu" ("Həqiqəti danış") kampaniyasının fəalı Tatyana Korotkeviç və Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviç prezident postu uğrunda mübarizə aparır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti