...

ABŞ “Keystone XL” boru kəməri layihəsindən imtina etdi

Dünya xəbərləri Materials 7 Noyabr 2015 06:26 (UTC +04:00)
ABŞ prezidenti Barak Obama Kanadadan Keystone neft borusu çəkmək planından imtina edib.
ABŞ “Keystone XL” boru kəməri layihəsindən imtina etdi

Azərbaycan, Bakı, 7 noyabr /Trend/

ABŞ prezidenti Barak Obama Kanadadan "Keystone XL" neft borusu çəkmək planından imtina edib.

Trend-in İnterfax-a istinadən verdiyi məlumata görə, Prezident Barak Obama Kanada neftini ABŞ-ın neft emalı zavodlarına çatdırmağı nəzərdə tutan kəmərin tikintisinin ölkəsinin maraqlarına zidd olduğunu bildirib.

Uzunluğu 1900 kilometr (1400 kilometrlik hissəsi ABŞ ərazisində) olan kəmərin tikintisi ətraf mühitin mühafizəsi ilə məşğul olan bir sıra təşkilatların tərəfindən də tənqid olunurdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti