...

Parisdə fövqəladə vəziyyət tətbiq edildi

Dünya xəbərləri Materials 14 Noyabr 2015 03:38 (UTC +04:00)
Parisdə terror aktları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Parisdə fövqəladə vəziyyət tətbiq edildi

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Parisdə terror aktları ilə əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib. Trend-in "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Fransa Prezidenti Fransua Olland bildirib.

F.Olland, həmçinin sərhədlərin bağlandığını elan edib.

Parisdə partlayışlar və atışma nəticəsində azı 60 nəfərin öldüyü bildirilir.

Parisdə "Bataklan" konsert zalında naməlum şəxslər tərəfindən azı 100 nəfər girov götürülüb.

Prezident Fransua Ollandın da stadionda canlı izlədiyi Fransa-Almaniya yoldaşlıq oyunu zamanı stadionun kənarında partlayış səsləri eşidilib. Dövlət başçısı stadiondan çıxararaq birbaşa Daxili İşlər Nazirliyinə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti