...

Yerevanda etirazçılarla polis arasında qarşıdurma

Dünya xəbərləri Materials 4 Dekabr 2015 21:17 (UTC +04:00)
Yerevanın Azadlıq meydanında "Yeni Ermənistan" hərəkatı tərəfindən növbəti mitinqə start verilib.
Yerevanda etirazçılarla polis arasında qarşıdurma

Bakı. Trend:

Yerevanın Azadlıq meydanında "Yeni Ermənistan" hərəkatı tərəfindən növbəti mitinqə start verilib.

Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları konstitusiya islahatlarının aparılmasına etiraz edirlər.

Etirazçılarla polis arasında qarşıdurma yarandığı bildirilir.

Xatırladaq ki, dekabrın 2-də "Yeni Ermənistan" hərəkatının aksiyasında iştirakçılar MSK-nın sədri Tiqran Mukuçyan və prezident Serj Sarkisyanın istefasını tələb ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti