...

Polis: Bad-Ayblinqdəkı qatarların toqquşması bədbəxt hadisədir

Dünya xəbərləri Materials 9 Fevral 2016 13:51 (UTC +04:00)
Bu gün səhər saatlarında Bavariyadakı Bad-Ayblinq şəhərində qatarların toqquşması bədbəxt hadisədir.
Polis: Bad-Ayblinqdəkı qatarların toqquşması bədbəxt hadisədir

Bakı. Elçin Hüseynov - Trend:

Bu gün səhər saatlarında Bavariyadakı Bad-Ayblinq şəhərində qatarların toqquşması bədbəxt hadisədir. Trend RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Bavariya polisinin açıqlamasında deyilir.

Almaniya polisi bədbəxt hadisə versiyasını hazırda əsas fərziyyə kimi nəzərdən keçirir.

Almaniyanın cənubunda, Bavariya əyalətində, Münhendən 60 km cənub-qərbdəki Bad-Ayblinq yaxınlığında iki qatarın toqquşması nəticəsində 8 nəfər həlak olub. Qəza nəticəsində, 150 nəfər yaralanıb, onların 8-nin vəziyyəti ağırdır.

Münhen şəhər polisindən verilən xəbərə görə, hadisə yerində hazırda xilasetmə və təcili yardım xidmətlərinin 100 əməkdaşı çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti