...

"Boeing"in qəzaya uğradığı yerdə "qara qutu" aşkarlanıb

Dünya xəbərləri Materials 19 Mart 2016 11:36 (UTC +04:00)
Rostov-na-Donuda qəzaya uğramış "Boeing 737-800" sərnişin təyyarəsinin iki "qara qutu"sundan biri aşkarlanıb.
"Boeing"in qəzaya uğradığı yerdə "qara qutu" aşkarlanıb

Bakı. Trend:

Rostov-na-Donuda qəzaya uğramış "Boeing 737-800" sərnişin təyyarəsinin iki "qara qutu"sundan biri aşkarlanıb. Bu barədə Trend RİA Novosti-yə istinadən məlumat verir.

İkinci "qara qutu"nun axtarışı davam edir.

Qedy edək ki, Dubaydan uçan "Boeing 737-800" sərnişin təyyarəsi bu gün Rostov-na-Donuda qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 55 sərnişin və 7 heyət üzvü olmaqla 62 nəfər olub. Onların hamısı ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti