...

Kanada vətəndaşlarını Türkiyənin cənub-şərqinə səfərdən çəkinməyə çağırıb

Dünya xəbərləri Materials 25 Mart 2016 14:49 (UTC +04:00)
Kanada hökuməti Türkiyədə olan vətəndaşlarını terror təhlükəsi ilə bağlı izdihamlı, insanların çox olduğu yerlərə səfər etməkdən çəkinməyə çağırıb.
Kanada vətəndaşlarını Türkiyənin cənub-şərqinə səfərdən çəkinməyə çağırıb

Bakı. Rufia Hafizoğlu - Trend:

Kanada hökuməti Türkiyədə olan vətəndaşlarını terror təhlükəsi ilə bağlı izdihamlı, insanların çox olduğu yerlərə səfər etməkdən çəkinməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə "Hürriyyet" qəzeti məlumat verib.

Bundan başqa, Kanada hökuməti öz vətəndaşlarını Türkiyənin cənub-şərq əyalətlərinə və ölkənin Suriya ilə sərhəd olan rayonlarına səfər etməkdən də çəkinməyə çağırıb.

Kanada hökuməti eyni zamanda, Türkiyəyə martın 25-də yeni terror aktları olma ehtimalı ilə də bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror aktında 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Partlayışın baş verməsinə səbəb minalanmış avtomobil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti