...

ABŞ-da kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb

Dünya xəbərləri Materials 9 Aprel 2016 08:06 (UTC +04:00)

Bakı. Trend:

ABŞ-ın Alyaska ştatında "Cessna 206" tipli təyyarə Admiralti adasına düşüb.

Trend-in TASS-a istinadən verdiyi məlumata əsasən, qəza nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.

Təyyarənin göyərtəsində cəmi 4 nəfər olub. Yaralanan qadın xəstəxanaya çatdırılıb.

Qeyd olunur ki, güclü küləyə görə xilasedici helikopter hadisə yerinə yaxınlaşa bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti